Şirvanda yük avtomobili iribuynuzlu mal-qaranı vuraraq öldürüb - FOTO

Şirvanda yük avtomobili iribuynuzlu mal-qaranı vuraraq öldürüb - FOTO Şirvan. 27 noyabr. REPORT.AZ/ Şirvan şəhərində iribuynuzlu maq-qara magistral yola çıxaraq yol-nəqliyyat hadisəsinə səbəb olub.
Hadisə
27 Noyabr , 2018 01:33
Şirvanda yük avtomobili iribuynuzlu mal-qaranı vuraraq öldürüb - FOTO

Şirvan. 27 noyabr. REPORT.AZ/ Şirvan şəhərində iribuynuzlu maq-qara magistral yola çıxaraq yol-nəqliyyat hadisəsinə səbəb olub.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saat 22:00 radələrində şəhər ərazisindən keçən Hacıqabul-Horadiz avtomobil yolunun 7-ci kilometrliyində baş verib.

Yevlax rayon sakini İsmayıl İsmayılovun idarə etdiyi “Kamaz” markalı "66-BE-643" dövlət qeydiyyat nişanlı qoşqulu yük avtomobili nəticədə yola çıxan inəkləri vurub.

Qəza nəticəsində vətəndaşlara məxsus 2 ədəd inək avtomobilin altında qalaraq tələf olub.

Faktla bağlı BDYM tərəfindən araşdırma aparılır.

Bundan əvvəl Lənkəran sakini mal-qarası qonşunun həyətinə girdiyinə görə bıçaqlanıb.

Son xəbərlər

Orphus sistemi