Lənkəran sakini mal-qarası qonşunun həyətinə girdiyinə görə bıçaqlanıb

Lənkəran sakini mal-qarası qonşunun həyətinə girdiyinə görə bıçaqlanıb Lənkəran. 16 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Lənkəran rayonunda bıçaqlanma olub.
Hadisə
16 Sentyabr , 2018 19:36
Lənkəran sakini mal-qarası qonşunun həyətinə girdiyinə görə bıçaqlanıb

Lənkəran. 16 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Lənkəran rayonunda bıçaqlanma olub.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Liman şəhərinin "Sovxoz" adlanan ərazisində qeydə alınıb.

Qonşuların sözlərinə görə, mal-qara örüşdən qayıdan zaman heyvanları qarşılamağa gedən 1974-cü il təvəllüdlü Əliyev Yusif Əli oğlu qonşusu ilə mübahisə edib. Mübahisəyə Y.Əliyevin iribuynuzlu heyvanlarının qonşuya məxsus əraziyə keçməsi səbəb olub. Mübahisə zamanı qonşu Y.Əliyevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Vurulan şəxs Liman şəhərinin axundunun qardaşıdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi