Şirvan. 18 sentyabr. REPORT.AZ/ Şirvanda baş verən yol qəzasında 2 nəfər xəsarət alıb.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, yol-nəqliyyat hadisəsi şəhərin G.Şıxbalaoğlu küçəsində baş verib.
“Mercedes” markalı avtomobillə “QAZ 31” markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ağır xəsarət alıb.
“QAZ 31” markalı avtomobildə olan sürücü və sərnişin -Şirvan sakinləri, 1961-ci il təvəllüdlü Həsənov Qərib Qüdrət oğlu və 1963-cü il təvəllüdlü Həmzəyev Cavanşir Mirzə oğlu Şirvan şəhər xəstəxanasına çatdırılıb. Birincinin vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirlib.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.