Şirvanda yataqxanada baş verən yanğın zamanı 4 nəfər tüstüdən zəhərlənib.
Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Məlumata görə, şəhərdə beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 15 m² olan bir otağın yanar konstruksiyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş otaqlardan 4 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, 30 nəfər sakin təhlükəsiz əraziyə təxliyə edilib.
Qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şirvanda yataqxanada baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib.
“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin F.Eynullayev küçəsində qeydə alınıb. Belə ki, həmin ünvandakı beş mərtəbəli yataqxananın dördüncü mərtəbəsində yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, alovun digər mərtəbələrə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib, yataqxananın digər sakinləri binadan təxliyyə edilib. Zəhərlənənlər Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.