Şirvanda toyda rəqs edən şəxs qəfil ürək tutmasından ölüb

Şirvanda toyda rəqs edən şəxs qəfil ürək tutmasından ölüb Şirvan. 5 avqust. REPORT.AZ/ Şirvan rayonunda keçirilən toy mərasimində bir nəfərin ürəyi dayanaraq ölüb.
Hadisə
5 Avqust , 2018 22:04
Şirvanda toyda rəqs edən şəxs qəfil ürək tutmasından ölüb

Şirvan. 5 avqust. REPORT.AZ/ Şirvan rayonunda keçirilən toy mərasimində bir nəfərin ürəyi dayanaraq ölüb.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Şirvanda fəaliyət göstərən şadlıq saraylarından birində qeydə alınıb.

İlkin məlumata görə, toya gələn 1973-cü il təvəllüdlü Salyan şəhər sakini Zeynalov Mahir Rizvan oğlu mərasimdə oynayan zaman qəfil ürəyi dayanıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi