Şirvanda güclü yağış nəticəsində bir sıra küçələr su altında qalıb

Şirvanda güclü yağış nəticəsində bir sıra küçələr su altında qalıb 30-a yaxın evin həyətini su basıb
Hadisə
17 İyun , 2017 12:31
Şirvanda güclü yağış nəticəsində bir sıra küçələr su altında qalıb
Report.az

Şirvan. 17 iyun. REPORT.AZ/ Şirvanda güclü yağış nəticəsində bir sıra küçələr su altında qalıb. “Report”un Aran bürosu xəbər verir ki, ötən gecədən yağan yağış Şirvanda bir sıra çətinlikər yaradıb. 

Belə ki, şəhərin Məhəmməd Əmin Rəsulzadə və digər küçələri su altında qaldığından keçilməz olub.

Bundan başqa, "Köhnə şəhər" adlanan ərazidə 30-a yaxın evin həyətini su basıb.

Şəhərdən yağış sularını çəkmək üçün Fövqəladə Hallar Nazirliyinin xeyli sayda yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb edilib.

Son xəbərlər

Orphus sistemi