Şirvanda qardaşını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şirvanda qardaşını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.
Hadisə
8 Avqust , 2023 15:37
Şirvanda qardaşını bıçaqlayan şəxs saxlanılıb - YENİLƏNİB

Şirvanda qardaşını bıçaqlayan şəxs saxlanılıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Qeyd edilib ki, Şirvan Şəhər Polis Şöbəsinə (ŞPŞ) şəhər sakini S.Fərəcovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində S.Fərəcova xəsarət yetirməkdə şübhəli bilinən sonuncunun qardaşı M.Fərəcov saxlanılaraq istintaqa təhvil verilib.

İlkin araşdırmalar zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən olunub.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.

08.17

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Səfərov Səfər Fərhad oğlu qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi