Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb

Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb "Şirvanda 2020-ci ildə törədilən oğurluq hadisəsinin üstü açılıb. Daxili işlər orqanlarının əməkdaşları tərəfindən ötən illərdən bağlı qalmış oğurluq hadisələrinin açılması və cinayət əməllərini törədən şəxs və ya şəxslərin məsuliyyətə cəlb olunması istiq
Hadisə
3 İyul , 2022 12:28
Şirvanda iki il qabaq törədilən oğurluğun üstü açılıb

Şirvanda 2020-ci ildə törədilən oğurluq hadisəsinin üstü açılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Məlumatda qeyd olunur ki, Baş Cinayət Axtarışı İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsi (ŞPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2020-ci ilin dekabr ayında Şirvan şəhəri ərazisində “Mercedes” markalı bir mikroavtobusdan vətəndaşa məxsus 10 300 manat pul oğurlamaqda şübhəli bilinən şəxsin şəhər sakini, hal-hazırda sonradan törətdiyi başqa bir oğurluq hadisəsinə görə Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən Etiqad Səməndərli olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs 2 il əvvəl törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi