Şirvanda motosiklet, Oğuzda traktor yanıb

Şirvanda motosiklet, Oğuzda traktor yanıb Ötən gün respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib
Hadisə
24 İyun , 2015 04:43
Şirvanda motosiklet, Oğuzda traktor yanıb

Bakı. 24 İyun. REPORT.AZ/ Ötən gün respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Şirvan şəhərində vətəndaşa məxsus “Minsk” markalı iki təkərli motosikletin yanar hissələri və ətrafında 50 kv.m sahədə quru ot yanıb. Ərazidə olan digər otlaq sahələri yanğından mühafizə olunub.

Oğuz rayonunun Bucaq kəndində isə vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusunun taxta konstruksiyaları və qoşquya yığılmış 3 ton ot bağlaması yanıb. Traktor və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.   

Son xəbərlər

Orphus sistemi