Şirvanda mikroavtobus qəzaya uğradı, ölən və yaralananlar var

Şirvanda mikroavtobus qəzaya uğradı, ölən və yaralananlar var Şirvanda 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə
30 May , 2020 17:02
Şirvanda mikroavtobus qəzaya uğradı, ölən və yaralananlar var
Foto: "Report"

Şirvanda 1 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə günorta saatlarında şəhərin giriş qapısı yaxınlığında qeydə alınıb.

Belə ki, 10-MZ-256 dövlət qeydiyat nişanlı “Mercedes” markalı mikroavtobus “VAZ-2106” markalı avtomobillə toqquşub. Qəza nəticəsində Hacıqabul şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Fərid Asəf oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı həmçinin iki nəfər - 1999-cu il təvəllüdlü Ağayev Yaşar Bəkir oğlu və 1999-cu il təvəllüdlü Həmidov Maşallah Məhərrəm oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi