Şirvanda koronavirus xəstəsi saxlanıldı

Şirvanda koronavirus xəstəsi saxlanıldı Şirvanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb
Hadisə
19 May , 2021 10:02
Şirvanda koronavirus xəstəsi saxlanıldı

Şirvanda evi tərk edən COVID-19 xəstəsi saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Şirvan şəhər sakini Tehran İbrahimova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.

Şirvan Şəhər Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan T.İbrahimovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb və o, müəyyən edilən tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.

Faktla əlaqədar Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi