Yuxarı
    Bağlamaq

    Şirvanda Gigiyena və Epidemiologiya Mərkəzindən oğurluq olub

    Faktla bağlı iki nəfər tutulub© Courtesy İmage

    Bakı. 3 aprel. REPORT.AZ/ Şirvanda Gigiyena və Epidemiologiya Mərkəzindən oğurluq olub.

    “Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 16-da şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən pəncərədən girmək yolu ilə kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Mahir Qənizadə və Elnur Abdullayev tutulublar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi