Şirvanda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Hadisə
  • 24 fevral, 2022
  • 05:20
Şirvanda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Şirvanda bir ailənin üç üzvü dəm qazından zəhərlənib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Şirvan şəhər ərazisində yerləşən evlərin birində baş verib.

Belə ki, şəhər sakinləri - Əzizova Rəqsanə, Əzizova Mələk və Əzizova Lətafət evdə ikən dəm qazından zəhərləniblər.

Daha sonra onları Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

44 filmi