Şirvanda avtoxuliqanlıq edən sürücülər 25 sutkalıq həbs edilib

Şirvanda avtoxuliqanlıq edən sürücülər 25 sutkalıq həbs edilib Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində hərəkətdə olan "Xəzər" markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, "VAZ-21074" markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri ed
Hadisə
25 İyul , 2023 09:41
Şirvanda avtoxuliqanlıq edən sürücülər 25 sutkalıq həbs edilib

Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində hərəkətdə olan "Xəzər" markalı avtomobillə yol hərəkəti qaydalarını pozan, "VAZ-21074" markalı avtomobillə isə avtoxuliqanlıq hərəkətləri edən sürücülər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən hər iki sürücü - Cavid Əsgərzadə və İsmayıl Məcidov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər məhkəməsinə göndərilib.

Məhkəmənin qərarları ilə onlar 25 sutka inzibati qaydada həbs ediliblər.

Son xəbərlər

Orphus sistemi