Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada ölüb - YENİLƏNİB

Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada ölüb - YENİLƏNİB Şirvan. 19 yanvar. REPORT.AZ/ Şirvan şəhərində baş vermiş ağır yol nqəliyyat hadisəsi zamanı yaralanan sürcü xəstəxanada ölüb.
Hadisə
19 Yanvar , 2019 00:21
Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada ölüb - YENİLƏNİB

Şirvan. 19 yanvar. REPORT.AZ/ Şirvan şəhərində baş vermiş ağır yol nqəliyyat hadisəsi zamanı yaralanan sürcü xəstəxanada ölüb.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhərinin H.Əliyev prospektində “Mercedes” markalı, "99-KM-173" dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-21011" markalı, "54-BH-327" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı.

Qəza zamanı xəsarət alanlardan biri - "VAZ-21011" markalı avtomobilin sürcüsü, 1972-ci il təvəllüdlü Azər Şəmiyev Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində özünə gəlmədən ölüb.

Faktla bağlı Şirvan Polis şöbəsində araşdırma aparılır.


*** 23:11

Şirvan. 18 yanvar. REPORT.AZ/ Şirvan şəhərində ağır yol-nqəliyyat hadisəsi baş verib.

"Report"un yerli bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı, "99-KM-173" dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-21011" markalı, "54-BH-327" dövlət qeydiyyat nişanlı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub. Yarlılar təcili tibbi yardım maşını ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.  

Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi