Şirvanda avtomobildən tüfəng və tapança aşkarlanıb

Şirvanda avtomobildən tüfəng və tapança aşkarlanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
20 Dekabr , 2016 11:57
Şirvanda avtomobildən tüfəng və tapança aşkarlanıb

Bakı. 20 dekabr. REPORT.AZ/ Şirvanda avtomobilə baxış zamanı tüfəng və tapança aşkar edilib.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Fərid Cəbrayılova məxsus "VAZ-2121" markalı avtomobilə baxış zamanı müvafiq sənədləri olmayan "Churchill" markalı ov tüfəngi və "GAMO" markalı tir tapançası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi