Şirvanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB-2

Şirvanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB-2 Şirvan şəhərində həmyerlisini avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.
Hadisə
4 Noyabr , 2019 12:09
Şirvanda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB-2

Şirvan şəhərində həmyerlisini avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. 

"Report"un yerli bürosu xəbər verir ki, şəhər sakini Elnur Yusifov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Ə.Zeynalovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. Hadisədən sonra E.Yusifov saxlanılaraq istintaqa cəlb edilib. 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


*** 10:39

Şirvan şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un yerli bürosu xəbər verir ki, bu, Şirvan şəhər sakini Əlisafa Zeynalovdur.  

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin şöbəsinə yerləşdirilib.

Hadisəni törədərək oradan qaçan sürücünün axtarışlarına başlanılıb.  


*** 9:23

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin irvan şəhərinin M.Mirzəyev prospektində baş verib. Qəza zamanı orta yaşlı kişi ağır bədən xəsarətləri alıb və orada ölüb. Sürücü isə hadisə yerindən qaçıb. 

Hadisə baş verən əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşaları və Təcili Tibbi yardım Stansiyasının həkimləri cəlb olunub.

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi