Şirvanda yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Şirvanda yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB Şirvanda yol-nəqliyyat hadisəsində xəsarət alan piyadaların kimliyi məlum olub.
Hadisə
28 May , 2019 23:41
Şirvanda yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Şirvanda yol-nəqliyyat hadisəsində xəsarət alan piyadaların kimliyi məlum olub.

“Report”un Aran bürosu xəbər verir ki, axşam saatlarında şəhərin Heydər Əliyev prospektində hərəkətdə olan “QAZ-31” markalı avtomobil yolu keçmək istəyən Şirvan şəhər sakinləri - 1970-ci il təvəllüdlü Xalid Məmmədovu və 1978-ci il təvəllüdlü Çikunov Dmitri Viktoroviçi vurub. Ağır bədən xəsarətləri alan yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.


***22:08

Şirvanda piyadaların xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, avtomobil iki piyadanı vurub. İlkin məlumata görə, xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılıb. Hazırda yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi