Şirvanda anası ölən gənc həkimlərə əsəbləşib xəstəxananın şüşələrini sındırdı

Şirvanda anası ölən gənc həkimlərə əsəbləşib xəstəxananın şüşələrini sındırdı Şirvan xəstəxanasında xoşagəlməz hadisə baş verib.
Hadisə
26 İyul , 2021 08:20
Şirvanda anası ölən gənc həkimlərə əsəbləşib xəstəxananın şüşələrini sındırdı

Şirvan xəstəxanasında xoşagəlməz hadisə baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

İlkin məlumata görə, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Zeynalov İmran Məmmədağa oğlu insult keçirmiş anasını xəstəxanaya gətirib və anası xəstəxanada dünyasını dəyişib.

Sonra M. Zeynalov xəstəyə həkimlər vaxtında müdaxilə etmədiyi üçün xəstəxananın qapı və pəncərələrin şüşəsini sındırıb.

Əldə etdiyimiz məlumata görə, artıq bu barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi