Şirvanda 8 yaşlı uşağı maşın vurub

Şirvanda 8 yaşlı uşağı maşın vurub Şirvan rayonunda azyaşlı uşağı avtomobil vurub.
Hadisə
17 Yanvar , 2020 08:50
Şirvanda 8 yaşlı uşağı maşın vurub

Şirvan rayonunda azyaşlı uşağı avtomobil vurub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Şirvan şəhərində “Yaşıl” market deyilən ərazinin yaxınlığında qeydə alınıb.

Belə ki, Şirvan sakini, 2012-ci il təvəllüdlü Həmidova Pakizə Maarif qızını minik avtomobili vurub.

Azyaşlı qız Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi