Şirvanda 62 yaşlı müəllimə itkin düşüb - FOTO

Şirvanda 62 yaşlı müəllimə itkin düşüb - FOTO O, dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb
Hadisə
26 May , 2018 16:31

Şirvan. 26 may. REPORT.AZ/ Şirvan rayonunda 62 yaşlı qadın itkin düşüb. 

Bu barədə “Report”un Aran bürosuna Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. 

Məlumata görə, Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayeva mayın 24-ü dərs dediyi məktəbdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir: orta boylu, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Məktəbdən çıxarkən əynində qara yupka və ağ köynək olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. 

Son xəbərlər

Orphus sistemi