Şirvan. 10 sentyabr. REPORT.AZ/ Şirvan rayon sakini avtomobildə ölü tapılıb.
“Report”un Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini 1981-ci il təvəllüdlü Rzayev Fikrət Bahadur oğlu ona məxsus avtomobildə yaşadığı evin yaxınlığında ölü vəziyyətdə aşkar edilib.
Onun meyiti müayinə olunmaq üçün Şirvan şəhər morquna yerləşdirlib. Ölümün səbəbləri dəqiqləşdirlir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.