Şirvanda 3 nəfər göbələkdən zəhərlənib

Şirvanda 3 nəfər göbələkdən zəhərlənib Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib.
Hadisə
21 Fevral , 2024 09:06
Şirvanda 3 nəfər göbələkdən zəhərlənib

Şirvan şəhərində bir ailənin 3 üzvü göbələkdən zəhərlənib.

"Report"un məlumatına görə, 15 yaşlı Nəzərova Ləman Şahin qızı, 23 yaşlı Nəzərov Orxan Şahin oğlu və 44 yaşlı Nəzərova Samirə Rəsul qızı axşam saatlarında yaşadıqları ünvanda göbələkdən hazırlanmış yeməkdən zəhərləniblər.

Onlar zəhərlənmə ilə bağlı Şirvan şəhər təcili yardım xidmətinə müraciət ediblər.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı AQTA mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə araşdırmalara başlayıb, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi