Şirvanda 24 yaşlı gənc döyülüb

Şirvanda 24 yaşlı gənc döyülüb Şirvanda döyülmə hadisəsi baş verib.
Hadisə
27 Dekabr , 2019 22:25
Şirvanda 24 yaşlı gənc döyülüb

Şirvanda döyülmə hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhərində qeydə alınıb. 

Şəhərin 20 Yanvar küçəsi, 5 b/26 ünvanında yaşayan 1995-ci il təvəllüdlü Əhmədov Ələkbər Famil oğlu baş nahiyəsinin və üzünün xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra Travmatologiya Şöbəsinə yerləşdirilib. 

Zərərçəkmişin bildirdiyinə görə, o, tanıdığı 2 nəfər tərəfindən döyülüb. Artıq bu barədə polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi