Şirvanda 180 su sayğacını oğurlayanlar saxlanılıblar

Şirvanda 180 su sayğacını oğurlayanlar saxlanılıblar Bakı. 23 aprel. REPORT.AZ/ Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Hadisə
23 Aprel , 2018 13:10
Şirvanda 180 su sayğacını oğurlayanlar saxlanılıblar

Bakı. 23 aprel. REPORT.AZ/ Vətəndaşların narazılığına səbəb olan su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törədənlərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən Şirvan şəhəri ərazisində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xdimətindən məlumat verilib.

Belə ki, aprelin 19-da və 20-də Şirvan Şəhər Polis Şöbəsinə şəhərin Xaqani, 28 May, S.Vurğun, M.Ə.Rəsulzadə, Energetik və T.İsmayılov küçələrindəki yaşayış bınalarının girişlərinə quraşdırılmış, ümumilikdə, 180 ədəd su sayğacının oğurlanması barədə müraciətlər daxil olub.

Polis əməkdaşlarının aprelin 21-də keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən 4 nəfərdən ibarət dəstə üzvləri qısa zamanda müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.

Araşdırmalarla onların Şirvan şəhər sakinləri Rəşad Balaşov, Qasım Salmanov, Rauf Sarbalayev, Elvin Kələntərov olduqları müəyyən edilib.

Su sayğaclarının bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Şirvan Şəhər Polis Şöbəsində faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi