Yuxarı

Şirvanda 16 yaşlı qızı elektrik cərəyanı vurub - VİDEO

Digər hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb

Şirvan. 1 avqust. REPORT.AZ/ Şirvan şəhərinin 16 yaşlı sakinini elektrik cərəyanı vurub.

"Report"un Aran bürosunun məlumatına görə, Şirvan şəhər sakini 2000-ci il təvəllüdlü Mədinə Ağadur qızı Kərimovanı bu gün səhər soyuducunun elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Qeyd edək ki, digər hadisə Sabirabad rayonunun Güdəcühür kəndində qeydə alınıb. Kənd sakini, 2002-ci il təvəllüdlü Güllü İlqar qızı Baxışovanı həyətlərindəki su nasosunun elektrik cərəyanı vurub.

Faktla bağlı Şirvan və Sabirabad prokurorluqları tərəfindən araşdırma aparılır.  



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi