Şirvan şəhərində ev yanıb
Hadisə
122
3 Dekabr , 2014
18:04


Bakı. 3 dekabr. REPORT.AZ/ Şirvan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan 2 otaq, aynabəddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
