Şirvanda tanışını öldürən şəxs tutulub, cinayət işi başlanılıb

Şirvanda tanışını öldürən şəxs tutulub, cinayət işi başlanılıb Şirvan şəhər prokurorluğunun MƏLUMATI
Hadisə
19 İyun , 2021 10:20
Şirvanda tanışını öldürən şəxs tutulub, cinayət işi başlanılıb

İyunun 18-i saat 18 radələrində Şirvan şəhəri ərazisində 1981-ci il təvəllüdlü Fəxrəddin Babayevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Şirvan Şəhər Prokurorluğundan "Report"a verilən məlumata görə, aparılan ilkin araşdırmalarla 1991-ci il təvəllüdlü Xəyyam Mirzəyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Fəxrəddin Babayevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Xəyyam Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Son xəbərlər

Orphus sistemi