Yuxarı

Şirvan sakininin 3 otaqlı evi yanıb

Hadisəyə səbəb evdə istifadə olunan propan balonun alovlanması olub

Bakı. 21 avqust. REPORT.AZ/ Şirvanda yanğın hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb. 

Şirvan sakini Simnar İslamova məxsus 3 otaqlı fərdi yaşayış evi anidən alovlanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan yanğın mühafizə hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğının söndürülməsinə baxmayaraq, fərdi yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb.

İlkin ehtimallara görə, yanğının baş verməsinə səbəb evdə istifadə olunan propan balonun alovlanması olub. Yanğın zamanı xəsarət alan olmasa da, ev sahibinə xeyli miqdarda maddi ziyan dəyib. 

Faktla bağlı araşdırma aparılr.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi