Şirvan sakinini zorla saxlayıb öldürməklə hədələyən şəxs tutulub

Şirvan sakinini zorla saxlayıb öldürməklə hədələyən şəxs tutulub Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 8-də 2 nəfərin Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürməklə hədələyərək döymələri və 165 manat pulunu almaları barədə məlumat daxil olmuşdur. Nizami RPİ-nin 24-cü və Metropolitendə Polis
Hadisə
11 Yanvar , 2022 10:52
Şirvan sakinini zorla saxlayıb öldürməklə hədələyən şəxs tutulub

Şirvan sakinini zorla saxlayıb öldürməklə hədələyən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Şöbəsinə (PŞ) yanvarın 8-də 2 nəfərin Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürməklə hədələyərək döymələri və 165 manat pulunu almaları barədə məlumat daxil olub.

Nizami RPİ-nin 24-cü və Metropolitendə Polis Şobələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanılıb.

Nizami RPİ-də araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi