Şirvan sakinində narkotik maddə aşkarlanıb

Şirvan sakinində narkotik maddə aşkarlanıb Şirvan. 13 fevral. REPORT.AZ/ Şirvan sakinindən külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
Hadisə
13 Fevral , 2019 16:05
Şirvan sakinində narkotik maddə aşkarlanıb

Şirvan. 13 fevral. REPORT.AZ/ Şirvan sakinindən külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.

Bu barədə “Report”un Aran bürosuna DİN Mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Belə ki, Şirvan şəhər Polis şöbəsinin (ŞPŞ) Narkotiklə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş, 32 yaşlı Elvin Abduləzizov saxlanılıb. Onun üzərinə baxış zamanı ümumi çəkisi 3 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirinin davamı olaraq E.Abduləzizova məxsus mağazada baxış keçirilən zaman oradan 864,57 qram marixuana aşkar edilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi