Yuxarı

​Şirvan gömrükçüləri iki vaqon qanunsuz taxta aşkar edib

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır

Bakı. 3 fevral. REPORT.AZ/ Şirvan Gömrük İdarəsinin Gömrük Sahəsində Hüquqpozmalara qarşı mübarizə şöbəsinə Rusiya Federasiyasından gələn və Azərbaycan ərazisindən tranzit keçməklə İrana aparılacağı qeyd edilən taxta yüklü vaqonların Sabirabad rayonunda fəaliyyət göstərən sahibkarlardan birinə satılması barədə məlumat daxil olub. Bu barədə “Report”a komitənin mətbuat xidmətindən məlumat verilib.

Aparılan araşdırma zamanı məlum olub ki, 2015-ci ilin dekabr ayının 30-da və 2016-ci ilin yanvar ayının 12-də Azərbaycan Respublikasının ərazisinə daxil olan 2 ədəd vaqondakı taxta yükünün “Tikinti Təminat Ltd" MMC tərəfindən tranzit gömrük proseduru altında İran İslam Respublikasına aparılacağı bildirilsə də, vaqonlar Sabirabad rayonun ərazisindəki “Sabir” dəmiryol stansiyasında qeyri-qanuni olaraq boşaldılıb. Gömrükçülər onu da müəyyənləşdirib ki, vaqonlardan boşaldılan taxta Sabirabad rayonu ərazisində tikinti materiallarının topdan və pərakəndə satışıilə məşğul olan Əkbərov Rahib Ağamusa oğluna 14 800 $ qarşılığında satılıb. Araşdırma zamanı o da məlum olub ki, gömrük ödənişlərindən külli miqdarda yayınmaqla vaqonlardakı 202 kubmetr taxtanın 50 kubmetri artıq sahibkar tərəfindən realizə olunub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi