Şirkətin pulunu mənimsəyən şəxs bilərəkdən polisə yalan məlumat verib

Şirkətin pulunu mənimsəyən şəxs bilərəkdən polisə yalan məlumat verib Şəkidə polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb.
Hadisə
11 Yanvar , 2020 10:08
Şirkətin pulunu mənimsəyən şəxs bilərəkdən polisə yalan məlumat verib

Şəkidə polisə bilərəkdən yalan məlumat verən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, yanvarın 8-də Bakı şəhər sakini Etiram Hüseynov DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq 2 gün əvvəl idarə etdiyi “Man” markalı yük avtomobili ilə Şəki rayonu ərazisində hərəkətdə olan zaman başqa bir minik avtomobili ilə toqquşduğunu və avtomobildə olan 5 nəfər şəxsin onu döydüyünü, bıçaqla hədə-qorxu gələrək üzərində olan 4 min manat pulunu aldıqlarını bildirib.

“102” Zəng Mərkəzinə daxil olan müraciət aidiyyəti üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) yönləndirilib. E.Hüseynovun müraciəti əsasında aparılan araşdırma zamanı məlum olub ki, əslində onun dedikləri həqiqəti əks etdirmir.

Belə ki, Şəki ŞRPŞ-yə dəvət olunan həmin şəxs izahatı alınan zaman sürücü olaraq işlədiyi şirkətin rəhbərindən 10 ton arpa almaq üçün 3500 manat pul götürdüyünü, Şəki rayonu, Turan qəsəbəsinə gəlib həmin vəsaiti xərclədiyini, vəziyyətdən çıxmaq üçün bu yola əl atdığını bildirib. O, ifadəsində yalan məlumat verdiyini etiraf edib.

E.Hüseynovun cinayət edilməsi haqqında bilə-bilə yalan məlumat verməsi barədə toplanmış material qərar qəbul olunması məqsədilə Xəzər Rayon Prokurorluğuna göndərilib.

Son xəbərlər

Orphus sistemi