Məhkəmə şirkətin cərimələnməsi barədə qərarı ləğv etdi

Məhkəmə şirkətin cərimələnməsi barədə qərarı ləğv etdi Bakı Apellyasiya Məhkəməsində “Atilla Trans Servises A” MMC-nin inzibati qaydada cərimə edilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Hadisə
6 Fevral , 2020 14:21
Məhkəmə şirkətin cərimələnməsi barədə qərarı ləğv etdi
Report

Bakı Apellyasiya Məhkəməsində “Atilla Trans Servises A” MMC-nin inzibati qaydada cərimə edilməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda cərimə qərarı ləğv edilib və icraata xitam verilib.

Qeyd edək ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilərək, 11756,41 ABŞ dolları (19986 manat) cərimə edilməsi barədə qərar çıxarmışdı.

“Atilla Trans Servises A” MMC 1997-ci ildə təsis olunan “Atilla Group”a aiddir. Azərbaycanda nəqliyyat vasitələrinin və ağır texnikanın icarəsi sahəsində fəaliyyət göstərən şirkətin 150 nəqliyyat vasitəsindən ibarət olan avtoparkı (VIP sinfinə aid olan avtomobillər, texnika və avadanlıqlar, krossoverlər, şatl avtobusları və s.) mövcuddur.

Son xəbərlər

Orphus sistemi