Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın Goranboy rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib. Bu barədə "Report"a Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) məlumat verilib.
Qəza Dəliməmmədli şəhər ərazisində olub. Yolu keçmək istəyən rayonun Bağçakürd kənd sakini 42 yaşlı Məhəbbət Məmmədov yük maşını tərəfindən vurulub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYPİ-nin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır. Qeyd edək ki, piyadanı vuran avtomaşın ət məhsullarının satışı ilə məşğul olan "Elba 999" şirkətinə məxsus olub.



