Şirkət rəhbərinin məhkəməsində “Bank Standard”ın sabiq xəzinədarları dindirilib

Şirkət rəhbərinin məhkəməsində “Bank Standard”ın sabiq xəzinədarları dindirilib Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib
Hadisə
27 İyun , 2018 16:41
Şirkət rəhbərinin məhkəməsində “Bank Standard”ın sabiq xəzinədarları dindirilib

Bakı. 27 iyun. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmdə təqsirləndirilən Emin Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Sevinc Əliyeva ifadə verib.

O, “Bank Standard” QSC-nin xəzinədarı vəzifəsində işlədiyini, E.Quliyevi də bir müştəri kimi tanıdığını bildirib: "Emin müəllim bizə yaxınlaşıb sənədləri mənə təqdim edib. Mən ona nə qədər məbləğdə pul verildiyini xatırlamıram. Bankda kimsə kassa məxaric orderi ilə yaxınlaşıb imzanı təqdim edirsə, ona kassadan pul verilir".

Təqsirləndirilən E.Quliyev isə bankın kassasından pul götürmədiyini söyləyib: "Mən sənədlərə imza atsam da, bankdan pul götürməmişəm".

S.Əliyevaya ona pulun necə kassadan çıxarılıb, E.Quliyevə verilməsi barədə suala təkrar cavab qaytarıb: "Yenə deyirəm ki, kassa məxaric orderi ilə yaxınlaşıbsa, demək pul kassadan çıxarılıb ona verilib".

Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, kassa məxaric orderi cinayət işinə əlavə edilməyib.

Digər şahid Ülfət Kərimov da dindirilən zaman daha əvvəl həmin bankda xəzinadar işlədiyini söyləyib. Ü.Kərimov bildirib ki, E.Quliyevi bankda müştəri kimi tanıyıb, daha əvvəl şahid qismində ifadə verən S.Əliyevlə bir yerdə çalışıb: "Bankda hərə öz işi ilə məşğul olurdu. Mən, adətən, kartlara baxırdım. Bankdan külli miqdarda pulların tez-tez kassadan çıxarılması barədə məlumatım olmayıb. Emin Quliyevi isə bankın rəhbəri Səlim Krimanın yanında tez-tez görməmişəm".

Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə “Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib.

Bundan başqa, E.Quliyev S.Klimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı bir girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuş və həmin məbləği S.Krimanla öz aralarında bölüb.

E.Quliyevin qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

“Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri vəzifəsində işləmiş Kriman Səlim Eldaroviçin tapşırığı ilə məqsədli şəkildə yaradılmış “Harvest” MMC-nin təsisçisi və direktoru Quliyev Emin Qəzənfər oğlu S.Krimanla qabaqcadan razılaşıb əlbir olmaqla onun göstərişi əsasında “Azərkarton” adlı şirkətin səhmlərinin 30%-nin alınması və tikinti işlərinin sonlandırılması təyinatı adı altında bir neçə müqavilə ilə “Harvest” MMC-yə həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş 10 milyon 749 min manat məbləğində təminatsız kredit vəsaitlərindən 3 milyon 91 min manatını onunla bölüb şəxsi ehtiyaclarına xərcləyib.

Bundan başqa, E.Quliyev S.Klimanla cinayətkar əlaqələrini davam etdirərək əvvəlcədən müqavilə öhdəliklərini yerinə yetirə bilməyəcəyi halda öz adına hər hansı bir girov qoyulmadan guya bağ evinin tikintisi təyinatı ilə 8 milyon 588 min manat məbləğində bir neçə kredit müqaviləsinin rəsmiləşdirilməsinə nail olmuş və həmin məbləği S.Krimanla öz aralarında bölüb.

E.Quliyevin qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındırmaqla şəxsi ehtiyaclarına xərcləməsində şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi