“Wolt” motosikletçisi Bakıda sürücülərə təhlükə yaradır - VİDEO

“Wolt” motosikletçisi Bakıda sürücülərə təhlükə yaradır - VİDEO Bakıda küçədə “Wolt” daşıma şirkətinin əməkdaşı motosikleti yolun əks istiqaməti ilə sürüb.
Hadisə
7 Fevral , 2020 11:33
“Wolt” motosikletçisi Bakıda sürücülərə təhlükə yaradır - VİDEO

Bakıda küçədə “Wolt” daşıma şirkətinin əməkdaşı motosikleti yolun əks istiqaməti ilə sürüb.

“Report”un xəbərinə görə, hadisə avtomobillərdən birinin videoqeydiyyatında lentə alınıb.

Belə ki, gecə saatlarında paytaxtın Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsində hərəkətdə olan motosiklet sürücüsü Səməd Vurğun küçəsinə dönən yolun əks istiqamətinə çıxıb.

Bu zaman əks istiqamətlə hərəkət edən motosiklet sürücüsü həmin yolda hərəkətdə olan avtomobil sürücülərinə təhlükəli anlar yaşadıb.

"Report" bildirir ki, bu, “Wolt” və digər daşıma şirkətləri əməkdaşlarının ilk hərəkəti deyil. Məsələ burasındadır ki, bir-biri ilə "ən sürətli biz daşıyırıq" şüarı ilə yarışan daşıma şirkətlərinin sürücüləri həm qaydaları pozur, həm də qəza şəraiti yaradırlar. Onların barəsində tədbir görülməsə, çətin ki, sürətlərini azaldalar.

Videogörüntünü təqdim edirik: 

Son xəbərlər

Orphus sistemi