Şirkət əməkdaşının bomba partlaması nəticəsində xəsarət alması ilə bağlı cinayət işi başlanılıb

Şirkət əməkdaşının bomba partlaması nəticəsində xəsarət alması ilə bağlı cinayət işi başlanılıb Xəbər verildiyi kimi, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı
Hadisə
12 İyul , 2021 16:37
Şirkət əməkdaşının bomba partlaması nəticəsində xəsarət alması ilə bağlı cinayət işi başlanılıb

Xəbər verildiyi kimi, iyulun 12-də saat 11 radələrində “Körpü-Bina-Tikinti” MMC-də sürücü işləyən, Yevlax rayon sakini, 1987-ci il təvəllüdlü Xəlilov Elşən Eyvaz oğlunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində iş zamanı Vətən müharibəsi zamanı Ermənistan tərəfindən istifadə edilməklə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombasının partlamamış bombacığına toxunaraq müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Füzuli rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanılıb.

Füzuli Rayon Prokurorluğundan "Report"a verilən məlumata görə, hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi