Şirkət əməkdaşı xidməti avtomobillə 33 yaşlı qadını vuraraq öldürüb

Şirkət əməkdaşı xidməti avtomobillə 33 yaşlı qadını vuraraq öldürüb Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır
Hadisə
18 yanvar 2017 05:53
Şirkət əməkdaşı xidməti avtomobillə 33 yaşlı qadını vuraraq öldürüb

Bakı. 18 yanvar. REPORT.AZ/ Bakıda şirkət əməkdaşı xidməti avtomobillə 33 yaşlı qadını vuraraq öldürüb.

"Report"un xəbərinə görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, Heydər Əliyev prospektində 1986-cı il təvəllüdlü Ramin Qurbanov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçmək istəyən piyada 1984-cü il təvəllüdlü Ramilə Qasımovanı vurub. Nəticədə R.Qasımova hadisə yerində ölüb.

Qeyd edək ki, R.Qurbanov "Nisbət MMC"-də sürücü vəzifəsində işləyir, onun idarə etdiyi avtomobil şirkətə məxsusdur.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Orphus sistemi