DGK: Azərbaycana siqaretin içində marixuana gətirilməsinin qarşısı alınıb

DGK: Azərbaycana siqaretin içində marixuana gətirilməsinin qarşısı alınıb Bakı. 9 fevral. REPORT.AZ/ Gömrük orqanları Azərbaycan vətəndaşının Gürcüstandan ölkəyə siqaretin içində marixuana keçirməsinin qarşısını alıb.
Hadisə
9 Fevral , 2019 16:08
DGK: Azərbaycana siqaretin içində marixuana gətirilməsinin qarşısı alınıb

Bakı. 9 fevral. REPORT.AZ/ Gömrük orqanları Azərbaycan vətəndaşının Gürcüstandan ölkəyə siqaretin içində marixuana keçirməsinin qarşısını alıb. 

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunun idxal piyada keçidinə daxil olan Azərbaycan vətəndaşı saxlanılıb və gömrük baxışı keçirilib.

Yoxlama zamanı, vətəndaşa məxsus "Marlboro" markalı siqaretinin birinin filterinin çıxarıldığı və yerinə kağız bükülü qoyulduğu, digər siqaretində eyni qaydada olduğu və yarıya qədər çəkildiyi diqqət çəkib. Baxış zamanı 2 ədəd siqaretin içərisində təqribi çəkisi 2 qram olan narkotik vasitə - marixuana aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi