Gürcüstandan Azərbaycana gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlanıb

Gürcüstandan Azərbaycana gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlanıb Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Qırmızı Körpü gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi VAZ-21099 markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.
Hadisə
21 İyun , 2019 17:19
Gürcüstandan Azərbaycana gələn avtomobildə siqaret və spirtli içkilər aşkarlanıb

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının arxa və ön oturacaqların içərisində və yük yerində gizlədilən 2000 ədəd "Marlboro" markalı siqaret, hər biri 0.7 litr olan, üzərində "Çistıye Rosı" yazılan 15 ədəd spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi