Sintizator ifaçısı onu bıçaqlayan müğənnini bağışlayıb

Sintizator ifaçısı onu bıçaqlayan müğənnini bağışlayıb Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
19 Sentyabr , 2018 10:26
Sintizator ifaçısı onu bıçaqlayan müğənnini bağışlayıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əfsər İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Asif İbadovun keçmiş həyat yoldaşı Vüsalə Bədəlova ifadə verib.

O bildirib ki, hadisə günü A.İbadov evə gələndə yaralı olub: "Həmin vaxt Asiflə boşanmamışdıq. Evə gələndə əvvəl bıçaqlandığını gizlətdi. Onun halı pisləşəndə anamı çağırdım. Anam gələndə təcili tibbi yardım çağırdıq və onu xəstəxanaya apardıq. Sonra bizə dedilər ki, kafedə Əfsər onu Aysel adlı qıza görə bıçaqlayıb. Asif isə mənə söylədi ki, hadisə qıza görə olmayıb. O, Əfsərin onu bıçaqla vurduğunu, sonra da Əfsəri bıçaqladığını bildirdi".

Zərərçəkmiş A.İbadov hadisəni gizlətməsinə aydınlıq gətirib. O deyib ki, həm Ə.İsmayılovla bir yerdə çörək kəsdiyi üçün, həm də anasının bu işdən xəbərinin olmaması üçün bıçaqlandığını gizlədib.

A.İbadov təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin növbəti iclası sentyabrın 25-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin iyun ayının 21-də Bakı şəhəri, Nəsimi rayonu Moskva prospekti ərazisində yerləşən "Nar" kafesinin yanında 66 saylı binanın yaxınlığında baş verib. O, tanışı Asif İbadovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra Ə.İsmayılov hadisə yerindən qaçaraq istintaqdan yayınıb.

Fakt üzrə Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Bu il yanvarın 25-də Ə.İsmayılov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında saxnılıb və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Hadisəyə səbəb isə Ə.İsmayılov mahnı ifa edərkən A.İbadovun onu sintizatorda düzgün müşayət etməməsi olub.

Ə.İsmayılov kafe və restoranlarda müğənni kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi