Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb Bakı. 28 iyun. REPORT.AZ/ Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti aşkar edilib.
Hadisə
28 İyun , 2018 00:08
Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti tapılıb

Bakı. 28 iyun. REPORT.AZ/ Şimali Kiprdə Azərbaycan vətəndaşının meyiti aşkar edilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu öz "Facebook" səhifəsində yazıb.

O qeyd edib ki, Azərbaycan vətəndaşı Sabit Qazıyev gecə saat 3 radələrində Şəhid Münür küçəsi, Kofalı yaşayış massivində tək yaşadığı həyət evində ölmüş vəziyyətdə tapılıb. Mərhumun meyiti müayinə üçün Lefkoşa Dr. Burhan Nalbəndoğlu Xəstəxanasına təhvil verilib. Cəsəd üzərində hər hansı bir zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır. Azərbaycan vətəndaşının hansı səbəbdən vəfat etdiyi sabah bilinəcək.

Son xəbərlər

Orphus sistemi