Silah və narkotiklə tutulan "Rıjiy Tofiq"in məhkəməsi başlayır

Silah və narkotiklə tutulan "Rıjiy Tofiq"in məhkəməsi başlayır Bakıda narkotik və qanunsuz silah saxlamaqda təqsirləndirilən Tofik Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
9 Aprel , 2020 11:59
Silah və narkotiklə tutulan Rıjiy Tofiqin məhkəməsi başlayır

Bakıda narkotik və qanunsuz silah saxlamaqda təqsirləndirilən Tofik Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Hakim Elçan Ağayevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, bu ilin yanvar ayında Binəqədi Rayon Polis İdarəsi (RPİ) 43-cü Polis Bölməsinin (PB) əməkdaşlarına daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş "Rıjiy Tofiq" ləqəbi ilə tanınan paytaxt sakini T.Paşayev tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq, 5 ədəd patron və 1 büküm ümumi çəkisi 0, 529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. 

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi