​Sığorta şirkətinin Müşahidə Şurasının sabiq üzvü Təhsil Nazirliyini məhkəməyə verib

​Sığorta şirkətinin Müşahidə Şurasının sabiq üzvü Təhsil Nazirliyini məhkəməyə verib İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır
Hadisə
28 Sentyabr , 2015 17:20
​Sığorta şirkətinin Müşahidə Şurasının sabiq üzvü Təhsil Nazirliyini məhkəməyə verib

Bakı. 28 sentyabr. REPORT.AZ/ "Royal Sığorta" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının sabiq üzvü Fərman Hüseynli Təhsil Nazirliyini (TN) məhkəməyə verib.

“Report”un xəbərinə görə, F.Hüseynli maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Royal Sığorta" 2011-ci il oktyabrın 11-də dövlət qeydiyyatından keçib. 2014-cü il sentyabrın 8-də isə şirkətin lisenziyası Maliyyə Nazirliyi tərəfindən ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi