Seysmologiya Mərkəzi: Zəlzələnin maqnitudası 5,5 gücündə olub - VİDEO

Seysmologiya Mərkəzi: Zəlzələnin maqnitudası 5,5 gücündə olub - VİDEO Zəlzələ yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb
Hadisə
5 İyun , 2018 22:59
Seysmologiya Mərkəzi: Zəlzələnin maqnitudası 5,5 gücündə olub - VİDEO

Bakı. 5 iyun. REPORT.AZ/ AMEA-nın Respublika Seysmologiya Xidmət Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

“Report” Mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

Yeraltı təkanlar yeni 12 km dərinliyində 5,5 maqnituda gücündə olub.

Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkanlar Qax rayonunun 18 km şimalında, 10 km dərinlikdə və 5,3 maqnituda gücündə olub. Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.

Son xəbərlər

Orphus sistemi