Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açılıb

    Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir

    Bakı. 29 yanvar. REPORT.AZ/ “Azəraqrartikinti” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib. Bu barədə “Report”a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

    Məlumatda bildirilib ki, “Azəraqrartikinti” ASC-nin Göygöl rayon filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həmin cəmiyyətdən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

    Araşdırmalar zamanı qeyd olunan ASC-nin Göygöl rayon filialının rəisi Aqil Mustafayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək tanışı Akif Abbasov və digərləri vasitəsi ilə saxta sənədlər tərtib etməklə cəmiyyətə məxsus “Qonaq evi”nin 47,6 kvadrat metr sahəsini öz adına rəsmiləşdirməklə özgə əmlakını mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 313 (vəzifə saxtakarlığı) və 320.2-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

    Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi