Mingəçevirdə kişi ehtiyatsızlıqdan tanışını öldürüb, cinayət işi başlanıb

Mingəçevirdə kişi ehtiyatsızlıqdan tanışını öldürüb, cinayət işi başlanıb Fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Hadisə
11 Fevral , 2024 12:21
Mingəçevirdə kişi ehtiyatsızlıqdan tanışını öldürüb, cinayət işi başlanıb

Fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bu barədə "Report"a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib.

İlkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi