​Bakıda iki sex yanıb

​Bakıda iki sex yanıb Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
9 Yanvar , 2015 07:24
​Bakıda iki sex yanıb
Bakı. 9 yanvar. REPORT.AZ/ Paytaxt ərazisində yerləşən iki sexdə yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ilk yanğın Bakının Nərimanov rayonunda qeydə alınıb. Ümumi sahəsi 550 kv.m olan sexin yanar konstruksiyaları yanıb və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Digər hadisə Suraxanı rayonunda baş verib. Burada vətəndaşa məxsus sexin dam örtüyünün yanar konstruksiyaları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi