Sevgilisini öldürən şəxsin məhkəməsi başladı

Sevgilisini öldürən şəxsin məhkəməsi başladı Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
20 May , 2020 12:08
Sevgilisini öldürən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report” xəbər verir ki, Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib.

1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub.

P.İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Sərxan Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər

Orphus sistemi